Sabah Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir başlayır. Bu barədə bu gün, 13 sentyabr tarixində Report Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verib.
Tədbir AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional ofisi arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.
Tədbirdə 15-ə yaxın ölkənin nümayəndələri və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNİCEF, Avropa Komissiyası və Dünya Bankı da daxil olmaqla beynəlxalq təşkilatların 60-dan çox nümayəndəsi iştirak edəcək.