Bakının Sabunçu rayonu, Məhəmmədli qəsəbəsindəki “Göy Qurşağı” yaşayış kompleksində yaşayan yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

Sentyabrın 9-u gecə saat 2:00 radələrində 16 yaşlı Ceyhun Abdullayev  evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı həmin şəxsin atası C. Abdullayev polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.