Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində skuter oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis şöbəsinə verilən məlumata görə, adıçəkilən ərazidə yerləşən evlərin birindən 2 skuter oğurlanıb. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bayram Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.