Bakının Sabunçu rayonunda kişidən tapança və narkotik götürülüb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsi sakini, 49 yaşlı Eldar Babayev saxlanılıb. Ondan “Makarov” markalı tapança, daraq, 4 patron və heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.