Suraxanı rayonunda könüllü qanvermə aksiyası təşkil olunub. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Aksiya zamanı 100-dək vətəndaşdan qan götürülüb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin göndərdiyi xüsusi həkim briqadasının həkim-hematoloqları hər bir donordan qan analizi götürərək onun sağlamlıq vəziyyətini əvvəlcədən müəyyənləşdiriblər.
Bu cür aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulub.