Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası olacaq. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Tullantıları ekoçantaya dəyiş” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkaya görə 1 ekoçanta veriləcək.
Tədbir 16 sentyabr saat 15:00-da Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 11 ünvanında yerləşən “Araz” supermarketində baş tutacaq.