Xətai rayonu, Məzahir Rüstəmov küçəsində küçə ticarəti ilə məşğul olan şəxslər avtomobilləri parklanma üçün nəzərdə tutulmuş hissədə saxlayaraq yolun bir hissəsini zəbt ediblər. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Patrul.az-a istinadən məlumat verir.

Avtomobilin arxa hissəsinə müxtəlif növ meyvə, tərəvəz düzülməklə satışı təşkil edilir. Sözügedən satış yolun nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulmuş hissəsində daimi olaraq icra olunur, sürücülərin yolun həmin hissəsində parklanma etməsi mümkünsüz olub. Alış-veriş etmək üçün həmin yerə yaxınlaşan şəxslər yolun hərəkət hissəsinə çıxmağa məcbur olduqları üçün həyatlarını təhlükəyə atırlar.