Bakının Xəzər rayonunda yerləşən birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.