Qarabağdakı erməni separatçılarının sabiq başçısı Araik Arutyunyan Ukraynada Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salınıb. Bu barədə BakuPlus.az bu gün, 14 sentyabr tarixində AzFront-a istinadən xəbər verir.
O, “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə” ittiham olunur, həmçinin “rus-faşist işğalçılarının və terrorçularının şəriki” və “Rusiya hökumətinin Ukraynaya qarşı cinayətlərində şərik kimi tanınır”.
Onun adı “Mirotvorets” resursuna daxil edilib.
Araik Arutyunyan Rusiya tərəfindən Ukraynanın bəzi regionlarının ilhaq olunmasını alqışladığı üçün bu gün həmin siyahıya salınıb.