“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) kadr dəyişikliyi olub. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru vəzifəsi Aysel Süleymanovaya həvalə olunub.
O, bundan əvvəl “PwC Azerbaijan”da baş icraçı direktor (CEO) və təsisçi, eləcə də “AmCham Azerbaijan”da Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin sədri vəzifələrində çalışıb.