Azərbaycan ordusunun hərbçiləri qəzaya uğrayaraq həlak olublar. Bu haqda BakuPlus.az Müdafiə Nazirliyinə istinadən bu gün, 14 sentyabr tarixində xəbər verir.

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla bağlı araşdırma aparılır.