Noyabr-fevral aylarında AZAL şirkəti Tbilisi, İstanbul və Dubay uçuşlarına xüsusi təklif elan edib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Tbilisi:
Birtərəfli bilet – 90 manat;
Gediş-gəliş bileti – 198 manat.
İstanbul:
Birtərəfli bilet – 174 manat;
Gediş-gəliş bileti – 347 manat.
Dubay:
Birtərəfli bilet – 237 manat;
Gediş-gəliş bileti – 437 manat.
İstanbul uçuşları Sabiha Gökçen beynəlxalq hava limanı vasitəsilə həyata keçiriləcək.
Qiymətlər 1 noyabr – 29 fevral tarixlərində etibarlıdır. Biletləri azal.az saytından əldə etmək mümkündür.