Oktyabrın 15-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda uşaqlar üçün teatr-sirk tamaşası təşkil olunacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.

“Uşaqlar üçün sirk” tamaşası uşaqları sehrli fəndlər, kəndirbazlar və əyləncəçilərin çıxışları, quşlar və pudellərin nümayiş etdirdiyi unikal hərəkətlərlə sevindirəcək və bir çox tamaşalarda balacalar özləri də iştirak edərək interaktiv təcrübənin bir hissəsinə çevrilə biləcəklər.

Biletlərin qiyməti 7 manatdan başlayır. Tamaşa saat 11:00-da başlayır və bir saat davam edəcək.