Paytaxtın Nəsimi rayonunda bir nəfəri döyərək pulunu oğurlamaqda təqsirləndirilənlərin – Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslının məhkəməsi başlayır. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Səbinə Məmmədzadəyə həvalə edilib. Hazırlıq iclası ayın 26-da baş tutacaq.
Hadisə cari ilin may ayında baş verib. Həmin şəxslər Bakıda “pub”dan çıxan şəxsdən 8512 manat pul, sənəd və pul kisəsini quldurluq yolu ilə oğurlamaqda ittiham olunurlar. İlkin məlumata görə, onlarla, həmçinin naməlum qadın da olub. Məhkəməyə göndərilən sənədlərdə onun adı çəkilmir, onun iştirakı öz təsdiqini tapmayıb.