Bakının Binəqədi rayonunda itkin düşmüş 14 yaşlı qız tapılıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata əsasən, yeniyetmə Masallı rayonunda tapılıb. O, qohumunun evində olub. Qız ailəsinə qaytarılıb. Onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.
Yeniyetmə qız 10 sentyabr tarixində evdən çıxaraq, geri qayıtmamışdı.