Bakılı rəssam Aydın Bağırov şəhərin sökülmüş “Sovetski” küçəsinin doğma obrazlarını miniatürdə canlandırır. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Mir24-ə istinadən məlumat verir.

Sökülmüş məhəllədə əvvəllər ikimərtəbəli evlər gildən və ağacdan tikilirdi. İndi bu məhəllədən bir neçə balaca hissə qalıb.

Aydın Bağırov yerli memarlığa heyran qalaraq nümunələrini öz sənətində əks etdirmək qərarına gəlib: “Burada hər kəs istədiyi kimi, maraqlandığı, düşündüyü, gözəl olanı və bacardığı qədər tikirdi”.

Modellərin əksəriyyəti kartondan hazırlanır. Tez-tez əl altında olan vasitələrdən – dezodorant qutuları və ya zəncirlərdən istifadə edilir. Ən çətini düzgün ölçüləri tapmaq və maksimum realizmə nail olmaqdır.

Rəssam artıq sərgilərdə bir neçə miniev təqdim edib.