Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çoxlu sayda avtomobil nömrələri tapılıb. Bu haqda bu gün,14 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

“Tap qaytar” adlı yeni layihə çərçivəsində 8-i xarici olmaqla ümumilikdə 57 avtomobil nömrəsi aşkarlanıb. Bundan əlavə, zavoda gələn tullantıların arasında 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi də tapılıb.

Ən diqqətçəkən avtomobil nömrələri 90-UE-900, 10-KK-104, 10-SS-557 kimi nömrələr olub.