Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinin Xaqani ,14, Xaqani, 2 və Füzulu, 53 ünvanlarında yaşayan sakinlər istilik sistemlərinin olmamasından şikayətçidirlər. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Vətəndaşların sözlərinə görə, ərtafdakı binaların hamısında istilik sistemi olsa da, bu binalarda indiyədək quraşdırılmayıb. Bəzi sakinlər kombi sistemi quraşdırıblar, amma əksəriyyətin bunu etməyə maddi imkanı yoxdur.

“Azəristiliktəchizat” ASC-dən verilən cavab da ümidverici olmayıb.

“Göstərilən ünvanda “Azəristiliktəchizat” ASC-yə aid olan istilik mənbəyi yoxdur. Yaxın müddətdə həmin ərazidə yeni istilik mənbəyinin yaradılması dövlət proqramında nəzərdə tutulmayıb”, – qurumun rəsmisi Elvin Basqallı bildirib.