Bakının Binəqədi rayonunda baş vermiş iki oğurluqda şübhəli bulinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis şöbəsinə verilən məlumata görə, adıçəkilən ərazidə yerləşən köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlanıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Yevlax rayon sakini Nurlan İsmayılov saxlanılıb. Araşdırma zamanı onun “Oğurluq” maddəsi ilə axtarışda olduğu məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.