Bakıda xanımlar üçün idman təlimi keçiriləcək. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində xanımlar üçün özünümüdafiə təlimləri baş tutacaq. Tədbir 16 sentyabr saat 18:00-19:00 arası “Dədə Qorqud” parkında keçiriləcək.
İştirak sərbəstdir.