Bu gün, sentyabrın 14-ü saat 13:45 radələrində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə BakuPlus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.