Bakıda Çin avtomobilləri festivalı baş tutacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobillər Assosiasiyasına istinadən xəbər verir.

“China Auto Fest 2023” adlanan forumda 15 Çin avtomobil brendindən ən son modellər nümayiş etdiriləcək. Festival çərçivəsində avtomobillərin sınaq yürüşlərinə yazılmaq və dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampaniyalarından yararlanmaq mümkün olacaq. Bundan əlavə, tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün isə dünyaşöhrətli “Genshin İmpact” kompüter oyunu da təşkil olunacaq.

Həmçinin əyləncə proqramına Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda “Kospley-defile” və “DJ-party” daxildir.

Festival 22-24 sentyabr tarixlərində “Park Bulvar” Ticarət Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.