Avtoqəzada həlak olan hərbçi Elgün Həsənov Bakıda dəfn olunub. O, Binə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
10:00 – Kəlbəcərdə şəhid olan hərbiçinin nəşi Binə qəsəbəsinə gətirilib
Kəlbəcərdə şəhid olan əsgərin nəşi Binə qəsəbəsinə gətirilib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Ötən gün Kəlbəcərdə yol qəzasına düşərək həlak olan Elgün Həsənovun nəşi Binə qəsəbəsinə gətirilib. Onunla vida mərasimi keçirilir.
13 sentyabr dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub.