Bakı metrosunda əyləncə proqramı təqdim olunacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Bekı Metropoliteninə istinadən xəbər verir.
Yeni dərs ilinin başlanması münasibətilə “İçərişəhər” stansiyasında məktəblilər və azyaşlı sərnişinlər üçün müxtəlif tədbirlər təşkil olunacaq.
Proqrama daxildir:
- Əyləncəli səhnəciklər;
- Nəhəng oyuncaqlar;
- DJ və sehrbazın çıxışı;
- Bəhram Bağırzadənin imzası ilə kitabları;
- Hədiyyələr təqdim olunacaq.
Əyləncə proqramı 15 sentyabr saat 11:30-13:30 arası keçiriləcək.