Milli Xalça Muzeyində sentyabrın 16-sı saat 15:00-da yeni sərginin açılışı olacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Muzeydə “Xalçalarda musiqi” adlı tədbiri Milli Musiqi Gününə həsr olunub. Nümayiş çərçivəsində uşaqlar üçün konsert proqramı da nəzərdə tutulub.
Xalça təqdimatı sentyabrın 16-dan 28-nə kimi davam edəcək.