Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov 55 ünvanında yerləşən binanın sakinləri çirkab suların həyətə axmasından şikayətçidirlər. Bu haqda bu gün, 14 sentyabr tarixində BakuPlus.az ATV Xəbərə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, kanalizasiya sistemi sıradan çıxdığı üçün çirkab sular daşaraq ətrafa yayılır, binanın həyətində anti-sanitar vəziyyət əmələ gəlir.
“Binamızın kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bu yay biz üfunət iyindən çox əziyyət çəkmişik”, – deyə bina sakini qeyd edib.