Paytaxtın Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

Nəsimi rayonunda mənzil yanıb 00:34

Paytaxtın Nəsimi rayonunda mənzildə yanğın hadisəsi baş verib. Bu barədə bu gün, 14 sentyabr tarixində BakuPlus.az APA-ya istinadən xəbər verir.

Cəlil Məmmədquluzadə küçəsində qeydə alınan hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin maşınları və əməkdaşları əraziyə cəlb edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

Yanan binanın sakinləri təxliyə edilib.