Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

14 sentyabr saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuz tərəfindən dərhal cavab tədbirləri görülüb.