Bakının Nizami rayonunda avtomobildə baş vermiş oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Naziliyinə (DİN) istinadən xəbər verir.

Rayon ərazisində dayanan “Saipa” markalı avtomobildən mobil telefon oğurlanıb. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Salyan rayon sakini Vahid Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.