Bakının Nizami rayonunda pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, sentyabrın 9-da Bakı şəhər sakini E.Maqsudovu hədələyərək onun içərisində pulu, sənədləri və bank kartları olan pulqabısını oğurlayıblar.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Famil Şahbazov saxlanılıb.
Hazırda araşdırma aparılır.