Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Ordubad” marketinin qarşısında avtomobil yolu keçən uşağı vuraraq öldürüb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Hadisə sentyabrın 10-da baş verib. “Toyota Prius” markalı avtomobili idarə edən Ülvi Qurbanov hərəkətdə olan zaman yola qaçan 6 yaşlı Sinan İbrahimovu vurub.

Uşaq xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.