Sabah yeni tədris ilinə start verilir. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az xəbər verir.

2023/2024-cü tədris ili ölkə ərazisində ümumilikdə 1 milyon 600 min şagird təhsil alacaq. Eyni zamanda 135.000 uşaq birinci sinfə gedəcək, 80.273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

Bundan əlavə, 114.484 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək.

Yeni tədris ilində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Tədris ili 14 iyun tarixində yekunlaşacaq.