Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndurülüb. Xəsarət alan olmayıb.