Sabunçu rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

“Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə əlaqədar Sabunçu qəsəbəsinin 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H.Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X.Natavan küçələrinə qazın verilişi müvəqqəti dayandırılacaq.

Məhdudiyyət gün ərzində davam edəcək.