Bakının Suraxanı rayonunda yerləşən marketlərin birində baş vermiş oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayonda olan marketlərin birindən 920 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Dostəlizadə saxlanılıb. Şəxsi axtarış zamanı Dostəlizadənin üzərindən metamfetamin aşkar olunaraq götürülüb.