Bakının Suraxanı rayonunda yerləşən evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanıb. Yüksək temperaturdan 1 otağın və mətbəxin içərisində olan ev əyşaları 25 kv.m sahədə qarsalanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.