Sentyabrın 21-dən etibarən tamaşaçılar Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Film “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Sentyabrın 20-də “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Vaqif Mustafayev və filmin aktyorlarının iştirakı ilə qala-gecə baş tutacaq.

Filmin beynəlxalq premyerası 2022-ci il noyabrın 4-də Türk Dünyası Korkut Ata Film Festivalında baş tutub və burada Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.

Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları çəkiliblər.

“Həyat, deyəsən, gözəldir” filmi 30 illik Ermənistanın Azərbaycan torpaqlarını işğalından və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən bəhs edir.

Biletlər www.cinemaplus.az saytında, CinemaPlus mobil tətbiqində və “Gənclik Mall”dakı kinoteatrın kassalarında satılır.