Yasamal rayonunda avtomobildən oğurluqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Cəlilov Bakı şəhər sakini İ.Cəfərovu sonuncunun “Toyota” markalı avtomobilində hədələyərək pulunu soymaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.