Zığ-Hövsan yolundakı yerüstü piyada keçidlərindən istifadə olunmur. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Xəzər TV-yə istinadən xəbər verir.
Cəmşid Naxçıvanski adına hərbi liseydən Hövsan qəsəbəsinin girişinə qədər 3 yerüstü keçid mövcuddur, ancaq onların heç birində lift işləmir. Bu səbəbdən də sakinlər sözügedən keçiddən istifadə etmirlər. Onlar həyatlarını təhlükəyə ataraq avtomobil yolunu birbaşa keçməyə üstünlük verirlər.
“Liftlər açılan gündən işləmir. Yaşlılar, əlillər və uşaqlı şəxslər məcbur olub, yolu birbaşa keçirlər”, – deyə sakinlər şikayət edirlər.
Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildiriblər ki, yerüstü keçidlərdəki problem yaxın günlərdə aradan qaldırılacaq.