Bu gün Zabrat qəsəbəsində baş vermiş qətl faktı ilə bağlı cinayət işi açılıb. Bu haqda Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat verir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.
14:59 – Zabratda qadın boğularaq öldürülüb
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə bu gün saat 14:00 radalərində baş verib. 49 yaşlı Xalidə Zülfüqarova boğularaq öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı, 63 yaşlı Şahniyar Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırmalara görə, Məmmədov qısqanclıq zəminində arvadını öldürüb. Faktla bağlı araşdırma aparılır.