Cari il mayın 25-də paytaxtın Xətai rayonunda uşağın ölümünə səbəb olan qəza törədən şəxsə hökm oxunub. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Xətai Rayon Məhkəməsində sürücü Anar Hüseynov barəsində məhkəmə prosesi başa çatıb.

Hadisə baş verən zaman Saleh Quliyev anası ilə birlikdə oxuduğu 245 saylı orta məktəbə gedirmiş. Onlar Xudu Məmmədov küçəsində qeyri-müntəzəm piyada keçidindən keçərkən 51 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sürətini azaltmadan Quliyevi və onun anasını vurub. Ağır xəsarət alan azyaşlı yerindəcə keçinib, anası isə yüngül xəsarətlər alıb.

Mərhumun ailəsi məhkəmədə sürücünün ağır cəzalandırılmasını istəyib.

Xətai Rayon Məhkəməsinin 12 sentyabr tarixli hökmü ilə avtobus sürücüsü 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İbtidai və məhkəmə istintaqı zamanı polis nəzarətində olan Ə.Hüseynov məhkəmə zalında həbs edilib.