Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi yanında “Özbəkkosmos” Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin nümayəndə heyəti oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Agentliyin direktoru Şuxrat Kadirovun başçılıq etdiyi 15 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində Özbəkistan Kosmos Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin nümayəndələri də olacaqlar.

Agentliyin baş mütəxəssisi B.Mirzəyev Kosmik Nəsil Konqresi çərçivəsində keçiriləcək “Emerging Space Agency” panel sessiyasında iştirak edəcək.