Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 15 setyabr tarixində BakuPlus.az APA-ya istinadən xəbər verir.
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məkətbin qarşısında 31 yaşlı İsmayıl Əsgərov qəfil naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.
Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.
Vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.