Bakıda “Xonça” festivalı keçiriləcək. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Tədbir sabah, 16 sentyabr tarixində saat 16:00-dan 18:00-dək “Araz” supermarketlər şəbəkəsində keçiriləcək. Qonaqları müxtəlif master-klaslar, oyunlar, musiqili şou-proqram, feysart, hədiyyələr, fotozona və DJ gözləyəcək.

Festivalın baş tutacağı filiallar aşağıdakılardır:

  • “Spar” 3-cü mkr Superstore – Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3-cü mkr, 3005-ci məhəllə;
  • “Araz” Hövsan Superstore – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.

Həmçinin analoji tədbirlər Abşeron rayonu və Sumqayıt şəhərində nəzərdə tutulub:

  • “Araz” Saray Superstore – Abşeron rayonu, Saray qəsəbəsi;
  • “Araz” Sumqayıt Superstore – Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsi, 23C;
  • “Araz” Xırdalan Superstore – Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi.