Sürücülər Bakının Zaur Nudirəliyev küçəsində, “ASAN Xidmət” binasının yaxınlığındakı ərazini parklanma yeri kimi bilərək avtomobillərini ayırıcı zolaqda saxlayır və nəticədə cərimə alırlar. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Bundan əlavə, burada dayanan nəqliyyat vasitələri digər sürücülərə də maneə törədir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli qeyd edib ki, ayırıcı zolaqlarda təkcə parkinq deyil, həm də nəqliyyatın hərəkəti qadağandır.

Bu qanun pozuntusuna görə 20 manat cərimə nəzərdə tutulur.