Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin əməkdaşları M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar ediblər. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Pozuntularla bağlı protokol tərtib edilib, məsuliyyətli şəxslərə qarşı inzibati tənbeh növü tətbiq edilib.
Bildirilir ki, bir müddət öncə tibbi müəssisədə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı məlum olub. Bu səbəbdən xəstəxanada rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.