Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərin daha bir qrupu Bakının Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən doğma yurdlarına yola salınıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Bu gün Füzuliyə daha 25 ailə (73 nəfər) köçürülüb.

Bununla da 144 ailənin (514 nəfər) Füzuli şəhərinə qayıtması təmin edilib.