Müdafiə Nazirliyindən (MN) əldə olunan məlumata görə, bu gün, 15 sentyabr tarixində Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bu haqda Bakuplus.az quruma istinadən məlumat verir.

Saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.