Bu gün, 15 sentyabr tarixində Bakı metrosunun “Xətai” stansiyasında elektrik enerjisinin verilişində problemlər yaranıb. Bu haqda Bakuplus.az Trend-ə istinadən məlumat verir.

Bu səbəbdən stansiyanın elektrik enerjisi ilə təmin olunmasında fasilə yaranıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, fasilə 4 dəqiqə çəkib. Hazırda heç bir problem müşahidə olunmur.

“Elektrik xətlərinə gərginlik düşməsi nəticəsində fasilə yaranıb. Qatarların hərəkəti və sərnişinlərin təhlükəsizliyi üçün hər hansı bir problem yaşanmayıb. Stansiya elektrik enerjisi ilə təmin olunub və fəaliyyətini davam etdirir”, – metropolitenin sözçüsü Bəxtiyar Məmmədov deyib.