Bakı metrosunda təmir olunmuş eskalator istifadəyə verilib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
“28 May” stansiyasının II vestibülünün 3 eskalatorundan biri əsaslı təmir olunub. Eskalator 150.000 km qaçış məsafəsini keçdikdən sonra texniki tələblərə uyğun olaraq təmirə göndərilib.
Təmir işləri çərçivəsində lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunub. Bundan əlavə, eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə edilib.
Sonda eskalator yoxlamadan keçirilib və istifadəyə verilib.